“Musiqi siyasət deyil” - Madonna

O, müsabiqədə çıxışı üçün 1.5 milyon dollar qonorar alıb

Dünya pop ulduzu Madonna "Eurovision-2019" mahnı müsabiqəsinin finalında iştirak edib​.

AzNews.az xəbər verir ki, Madonna möhtəşəm şousundan öncə müsabiqənin iştirakçılarına dəstək olub:

"Nəticədən asılı olmayaraq hamınız qalibsiniz. Bu müsabiqədə iştirakınız asan deyil. Burada olduğum və olmaq istədiyim bir çox ölkələrin nümayəndələri iştirak edir. Bizi bu gün musiqi birləşdirir. Hər zaman musiqimdə insanların bərabərliyini təqdim etmişəm. Musiqi siyasət deyil"".

Madonna müsabiqədə "Like A Prayer" mahnısını və repçi Quavo ilə birlikdə "Future" mahnısını ifa edib.

Qeyd edək ki, Madonna müsabiqədə çıxışı üçün 1.5 milyon dollar qonorar alıb.

Rəqsanə

AzNews.az

image description image description