- Üçüncü sektor
- 10 İyul 2019 16:44
- 3 583
Məni həzm edə bilmirlər - Tünzalə həmkarlarına səsləndi
Sənətçi ona söz atan həmkarlarını "paxıl" adlandırıb
"Kim mənə söz göndərə bilər? Heç kimin buna həddi yoxdur. Sən "filankəs" olma, özün ol".
AzNews.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Ağayeva "ATV maqazin onlarla"ya açıqlamasında deyib.
Sənətçi ona söz atan həmkarlarını "paxıl" adlandırıb. Müğənni ad çəkmədən qalmaqal yaşadığı bir ifaçını tənqid edib:
"Boş-voş hərəkətlərdən və sözlərdən əl çəksə, mən də anlayışla yanaşaram. Məni həzm edə bilmirlər. Mənim heç kimlə mübahisəm olmayıb. Kimsə həzz edə bilmirsə, onun içindəki kompleksindən irəli gəlir. İnsanlarda qəribə qısqanclıq var. Mən "kruq" adamı deyiləm. Necə gəlmişəm sənətə, elə də davam edirəm".
Aynur
AzNews.az