Ölkənin ən bahalı şousu -“Maşın” növbəti sürəti ilə gəlir

"Maşın" şou oktyabrın 1-dən ATV-də yayımlanacaq

Azərbaycanın ən reytinqli və ən bahalı şousu “Maşın” ekranlara qayıdır.

“M Group Production”ın mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə “Maşın” şou oktyabrın 1-də ATV kanalında başlayır. 18 gün davam edəcək şouda tanınmış simalar iştirak edəcəklər.

“Maşın” realiti şounun iştirakçı heyətinin ilkin siyahısı hazırdır. Növbəti həftə isə siyahı tam versiyada hazır olacaq. İştirakçıların hər biri tanınan, sevilib-seçilən məşhurlardan ibarət olacaq. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş simalara da, ilk dəfə şouya qatılan “təcrübəsiz ulduzlar”a da yer verilib. “Maşın”ın sayca 18-ci sürəti olan bu dəfəki layihənin konsepsiyası ideya olaraq təsdiqlənib və artıq ciddi iş gedir. Gələn ay isə Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan “Maşın”ın anonsu bütün TV və sosial şəbəkələri ələ almağı planlayır. “Maşın”ın yaradıcı heyəti iştirakçıların asudə vaxtlarını maraqlı keçirmələri üçün gündəlik proqramlar düşünüb hazırlamağa davam edir. Bir sözlə, “MGP”nin ofisində gərgin iş rejimi, gündəlik toplantılar ciddi şəkildə start götürüb. Beləliklə, “Maşın” realiti şou növbəti sürəti ilə yenə də reytinqləri alt-üst etməyə gəlir” deyə mətbuat xidməti bildirib.

Rəqsanə
AzNews.az

image description