Sənət dünyasında ən gözəl vücud məndədir Sənət dünyasında ən gözəl vücud məndədir

Kriştiano Ronaldo məni təqlid edir - "Vücudum onunkundan daha gözəldir"

Sənət dünyasında ən gözəl vücud məndədir

Tanınmış müğənni Yılmaz Morgül Türkiyənin Kanal D kanalında yayımlanan "Müge ve Gülşen'le 2. Sayfa" şou proqramında yenə çox danışılacaq açıqlamalar verib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, o, dünən proqramın qonağı olub.

Xərçəng xəstəliyindən qurtulduqdan sonra özünü daha çox sevməyə başladığını hər fürsətdə dilə gətirən Yılmaz Morgül “Sənət dünyasında ən gözəl vücud məndədir” deyərək diqqət çəkib.

İddialı duruşundan vaz keçməyən sənətçi, bu dəfə də dünyaca məşhur bir futbol ulduzunun onu təqlid etdiyini dilə gətirib.

"Kriştiano Ronaldo məni təqlid edir. Mənim vücudum onunkundan daha yaxşıdır. Boyum 1.84-dür. Ronaldo isə məndən qısadır!”. O, bunları deməklə maqazin dünyasında hələ çox danışılacaq sözlərə imza atıb.

Səidə Vahid

AzNews.az

image description