- Paytaxt
- 17:16
- 1 009
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri fevralın 5-də başa çatıb.
Aznews.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının üzvü, Əbu-Dabi İnvestisiya Holdinqinin prezidenti Şeyx Hamid bin Zayed Al Nəhyan və digər rəsmi şəxslər yola salıblar.