Məsləhət görərdim ki, zəif olmayaq, əyilməyək Məsləhət görərdim ki, zəif olmayaq, əyilməyək

Azərbaycan serialında zorlanma səhnəsi: Aktrisadan şok etiraf - VİDEO

Məsləhət görərdim ki, zəif olmayaq, əyilməyək

"Çox istərdim ki, bizi izləyən tamaşaçılar doğru qiymətləndirsin və hər bir obrazımıza baxıb nəticə çıxartsın".

Bu sözləri gənc, amma çox istedadlı aktrisa Zəhra Rəhbərqızı AzNews.az-ın əməkdaşı ilə söhbəti zamanı bildirib. Suallarımızı cavablandıran aktrisa canlandırdığı obrazlarla bağlı maraqlı məqamlara toxunub.

Sözügedən qısa müsahibəni sizə təqdim edirik:

- Zəhra xanım, nə zamandan aktrisalıq fəaliyyəti ilə məşğul olursunuz?

- Aktrisalıq fəaliyyətimə 2003-cü ildən teatrda başlamışam. Uzun illərdir teatrda çalışıram və saysız-hesabsız rollarım var. Hazırda Şuşa Dövlət Musiqili Dram Teatrında çalışıram.

- Rol aldığınız ekran işləri barədə nə deyə bilərsiniz?

-İlk çəkildiyim serial "Həyat sən nə qəribəsən?"olub. Daha sonra "Həyat varsa", "Bir ailəm var", "O gecə" seriallarında rol almışam. Bütün aktrisalar kimi mənim də ən böyük arzum bol-bol rollara çəkilməkdir - istər teatr, istərsə də serial və filmlərdə.

- "Uçurum" serialının yeni mövsümünə canlandırdığınız obrazla damğa vurdunuz. Baxmayaraq ki, serialda rol dəyişikliyindən sonra oynamağa başladınız. Bu barədə nə deyə bilərsiniz?

- "Çiçək" çox ağır bir obrazdır. Üstəlik aktrisa dəyişikliyi olduğundan mənim üçün bir az da çətindir. Tamaşaçının gözü məndən əvvəlki aktrisaya öyrəşir və özümü qəbul etdirmək üçün əlimdən gələni edirəm. Əgər bunu hardasa bacara bilirəmsə, bu, tək mənim deyil, rejissor Vüsal Məmmədovun da uğurudur.

- Hazırda cəmiyyətmizdə Çiçək kimi şiddətə məruz qalan, atılan, sahibsiz qadınlarımız az deyil. Siz onların ailələrinə nə demək istərdiniz və o qadınlara nə məsləhət görərsiniz?

- Həqiqətən də həyatda heç nədə bəxti gətirməyən qadınlar var. Amma hər şey insanın öz əlindədir. Nə qədər gücsüz, zəif olsan, bütün problemlər səni tapar. Mənim özümdə də zəifliklər var. Hərdən özümdə onun ağrısını çəkirəm. Məsləhət görərdim ki, zəif olmayaq, əyilməyək. Hər şeyin başında təhsil dayanır. Çünki təhsilin, sənətin olsa, heç kimə möhtac olmazsan və özün ayaqda dura bilərsən.

- Serialda təcavüzə məruz qalan qadın obrazını canlandırdınız. Hansı hisləri keçirdiniz?

- Ən çətin səhnələrimdən biri o oldu - həm fiziki, həm də psixoloji olaraq. Həqiqətən, o səhnədə özümü təcavüzə uğramış hiss etdim. Bəlkə də bu səhnə elə buna görə uğurlu alındı.

Aynur

AzNews.az

image description image description image description