"Ərim ailəsini küçə pozğununa görə atır" "Ərim ailəsini küçə pozğununa görə atır"

Aysudan Orxanın arvadına sərt sözlər: "Ailəsini yanında saxlamağı bacarmır..." - FOTO

"Ərim ailəsini küçə pozğununa görə atır"

Məşhur meyxanaçı Orxan Lökbatanlı ilə sevgili olduğu deyilən model Aysu Bədəlzadə haqqında yayılan xəbərlərə açıqlama verib.

AzNews.az-a danışan Aysu meyxanaçının arvadının onun haqqında səsləndirdiyi təhqiramiz fikirlərə də münasibət bildirib:

"Onu bildirmək istərdim ki, heç bir kişi yanında xoşbəxt olduğu qadından getməz. Əgər gedirsə, bunun günahkarı mən deyiləm. Hər açıq geyinən əxlaqsız deyil, hər bağlı geyinən əxlaqlı olmadığı kimi. Kimsə ailəsini yanında saxlamağı bacarmırsa, bu o demək deyil ki, məni təhqir edə bilər. Orxan övladlarını çox sevir. Heç vaxt onları atmaz. Yalan xəbərlərlə insanı gözdən salmaq lazım deyil".

Qeyd edək ki, ötən gün meyxanaçının həyat yoldaşı Kəmalə "ərim ailəsini küçə pozğununa görə atır",-deyə açıqlama vermişdi:

“Orxanın daha öncə də bir qadınla münasibəti var idi. Həmin qadın mənə yazdı. Mən də ayrılmaq istədim, sonra oğluma görə barışdım. Oğlumun 5 yaşı var. 1 aydır ki, atasının ailəsindən xəbəri yoxdur. Oğlu nə yedi, nə içdi, dərsə getdi, ya getmədi, xəbərsizdir. Öz övladına belə münasibət bəsləyən insan mənə lazım deyil.

Bir kişi ki, ailəsini, 5 yaşlı uşağını hansısa küçə pozğununa dəyişibsə, ondan nə ata, nə həyat yoldaşı olar. Biz Orxanı silmişik, bizim üçün öldü. Boşanmaq üçün məhkəməyə müraciət etmişəm, yaxın günlərdə proses başlayacaq. Onsuz da, onun üçün fərqi yoxdur ”.

Qeyd edək ki, model Aysu Bədəlzadə ATV telekanalında yayımlanan “Dəb Mənəm” verilişi ilə məşhurlaşıb.

Aynur

AzNews.az