Rəcəb İvedik 35 kilo necə arıqladı?

Aktyorun hədəfi 3 ayda 10 kilo arıqlamaqdır

Rəcəb İvedik obrazı ilə məşhurlaşan Şahan Gökbakar çəkisinin 100 kilonu keçdiyini gördükdə həyat yoldaşı Selin Gökbakarın dəstəyi ilə dietaya başlamışdı.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, o, bir ilə 35 kilo arıqlamağı bacarıb. Özünün dediyinə görə, son zamanlar kimi görürsə “Necə bu qədər arıqladın?” sualı ilə qarşılaşır.

Şahan Gökbakar keçən ildən başladığı mücadiləsini belə izah edib: “Əzm, qərarlılıq, səbir və həyat yoldaşımın dəstəyi ilə oldu. Hələ biraz da arıqlamaq istəyirəm”.

Aktyorun hədəfi 3 ayda daha 10 kilo arıqlamaqdır.

Səidə Vahid

AzNews.az