- Üçüncü sektor
- 11 Dekabr 2019 11:00
- 4 459
Aleyna Tilkiyə bənzəmək üçün burnunu əməliyyat etdirdi
Bəzi obrazları bu burunla parodiya etmək çətin olur
Məşhur türk komediya ustası Yavuz Seçkin ötən gün burnunu əməliyyat etdirib.
AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, canlandırdığı obrazların daha inandırıcı olması üçün burnunu əməliyyat etdirən komediya ustası əməlliyyatdan qabaq etdiyi zarafatlarla hamını güldürüb.
Həkimə “Mənə Can Yaman burnu və eqosundan düzəlt” deyən Seçkinin əməliyyatı təxminən 20 dəqiqə çəkib.
Məşhurları təqlid edərək milyonların sevgisini qazanan Yavuz Seçkin öz açıqlamasında bu sözləri deyib:
“Bəzi obrazları bu burunla parodiya etmək çətin olur. Məsələn Aleyna Tilkini obrazını təqlid edə bilmirəm, onun dik və kiçik bir burnu var. Bu səbəbdən burnumu bir az kiçiltməyim lazımdır”.
Səidə Vahid
AzNews.az