İradədən həyat yoldaşına duyğusal sözlər: "Səninlə..." - FOTO

İradə ilə Ceyhunun 2 övladı var

Müğənni İradə İbrahimova həyat yoldaşı ilə bağlı diqqət çəkən paylaşım edib.

AzNews.az xəbər verir ki, o, sosial media hesabında Ceyhun İzerlə fotosunu paylaşaraq öz duyğularını dilə gətirib:

“Həyat yoldaşı olmaq çox böyük fədakarlıqlara dözməyi bacaran bir xarakter istəyir. Həyat yoldaşı həyatımızı böldüyümüz, pay etdiyimiz insandır. Bu sözüm qarşı tərəf üçün də keçərlidir. Münasibətlər “dözürəm, neyləyim?” deyə davam etdirilməz. Bu cür düşünən kişilərə və qadınlara hörmət etmirəm”, deyə İradə bildirib.

Müğənni daha sonra həyat yoldaşı haqqında müsbət fikirlər qeyd edib:

“Həqiqətən bir-birinə bağlı iki insan üçün gəncliyin əldən getməyi fəlakət deyil. Bir-birimizə söykənərək yaşlanmaq zövq verir. Həyat yoldaşlığı çox uzun bir yoldur, səninlə yaşlanmaq istəyirəm, dəliqanlı. Çox şanslıyam və həyatda hər zaman şükür etmə səbəbim oldun. Səndən çox razıyam, Allah da razı olsun. Çox sevirəm”.

Qeyd edək ki, cütlük uzun illərdir ailə qurub. Onlar Türkiyədə yaşayır. İradə ilə Ceyhunun 2 övladı var.

Aynur

AzNews.az

image description