Müğənni İnstaqram səhifəsində yıxıldığını yazıb Müğənni İnstaqram səhifəsində yıxıldığını yazıb

Aybəniz Haşımovanın başına iş gəldi: "...məni götürüb, yerə çırpırlar"

Müğənni İnstaqram səhifəsində yıxıldığını yazıb

Əməkdar artist Aybəniz Haşımovanın başına iş gəlib.

AzNews.az -ın məlumatına görə, müğənni İnstaqram səhifəsində yıxıldığını yazıb.

"Bir gözəl məclisdə iştirak etdim. Ayaqqabım hündürdaban deyildi, səhnəyə çıxıb mahnı oxuyanda geyindim. Allah üçüncüdən saxlasın. Necə asfalta yıxıldımsa... Yaxşı ki, qolum, başım qırılmadı.

Bilmirəm, bu nə işdir. Elə bil məni götürüb, yerə çırpırlar, ikinci dəfədir. Necə yerə dəydimsə, bütün bədənim ağrıyır, canınızdan uzaq. Yaxşı ki, yanımda adamlar var idi. Yoxsa, elə yerdə qalacaqdım".