"O qədər aktiv ola bilmərəm" "O qədər aktiv ola bilmərəm"

Aybəniz Haşımovanın qızından xəbər var

"O qədər aktiv ola bilmərəm"

"Aparıcılıq təklifi çox gəlib və hələ də gəlir. Amma özümü hazırda televiziyalarda görmək istəmirəm".

AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın qızı, blogger Aynişan Quliyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırarkən deyib.

Uzun müddət Türkiyədə yaşayıb, orada təhsil alan Aynişan "Azərbaycandan köçürsünüz?" sualına isə belə cavab verib: "Planlarım hələ ki, sirr olaraq qalsa daha yaxşıdır".

O, “Survivor” yarışmasından da bəhs edib: "Yarışma mənlik deyil, acından ölərəm. Həm də o qədər aktiv ola bilmərəm".