"Betülümü itirdiyim an mən də yox olaram" "Betülümü itirdiyim an mən də yox olaram"

Türkiyənin ustad sənətkarından sevgi dolu ismarıc

"Betülümü itirdiyim an mən də yox olaram"

83 yaşlı məşhur türk aktyor Cüneyt Arkın həyat yoldaşıyla olan şəkillərini tez-tez izləyicilərinə təqdim edir.

AzNews.az-ın Türkiyə mediasından əldə etdiyi xəbərə görə, Cüneyt Arkın ömür-gün yoldaşı Betül Arkınla bağlı paylaşım edib.

O, "Instagram" hesabında etdiyi paylaşımda yoldaşına olan büyük sevgisini ifadə edib: "Heç bir şeydən qorxmadığım qədər həyat yoldaşımı itirməkdən qorxuram. Yoldaşımı, canımı, Betülümü itirdiyim an mən də yox olaram".

Aktyoru sosial mediadan izləyənlər isə şərhlərdə cütlüyə təriflər yağdırıblar: "Yaşlananda da göz- gözə, diz-dizə olmaq necə də gözəldir. Bunun üçün də gözəl sevmək gərəkdir".