Rusiyada azərbaycanlıları sevməyən görmədim - Nadir Qafarzadə

"Öz pullarını, mallarını, geyimlərini nümayiş elətdirmirlər... Sevdim səni, Piter", - müğənni deyib

"Avropa dediyimiz bəlkə də elə bu şəhərdən başlayır".

Aznews.az ölkə.az-a istinadən xəbər verir ki, bunu Rusiyada səfərdə olan müğənni Nadir Qafarzadə Sankt-Peterburq şəhəri barədə danışarkən bildirib.

"Çox mədəni insanlar - sakit, sterssiz, əsəbsiz... Nə soruşursan, cavab verirlər. Deyirlər, azərbaycanlıları Rusiyada sevmirlər, vallah, bunu görmədim. Kim özünü yaxşı aparırsa, qanuna riayət edirsə, burada ayrı-seçkilik salmırlar. İnsanların heç kimlə işi yoxdur. Hər kəs yolu ədəb-ərkanlı gedir, açıq-saçıq geyinən yoxdur, eşitdiyimə görə isti də olanda geyinmirlər. Heç kimə nəyisə sübut etmək istəmirlər. Sadə geyinirlər. Öz pullarını, mallarını, geyimlərini nümayiş elətdirmirlər. Mən belə xoşlayıram. Sevdim səni, Piter", - deyə o bildirib.