"Sənin Bakı şəhərində 5-6 yerdə evin olardı. Bu gün kirayə verib, pulların da oturub yeyərdin" "Sənin Bakı şəhərində 5-6 yerdə evin olardı. Bu gün kirayə verib, pulların da oturub yeyərdin"

"Toya baha gedirsən, niyə kredit ödəyirsən?" - Afətdən Şəbnəmə

"Sənin Bakı şəhərində 5-6 yerdə evin olardı. Bu gün kirayə verib, pulların da oturub yeyərdin"

"Avtomobili, evi kreditdə olanı, hər şeyini satıb pulunu yeyəni var. Bank nədir bilmirəm, çünki ayağımı yorğanıma görə uzadıram. Gündəmdə olan müğənnilərdən danışacam".

Aznews.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı "SözBaz" verilişində deyib. İfaçı müğənni Şəbnəm Tovuzludan danışaraq, onu qınayıb:

"Tutaq ki, Şəbnəm Tovuzlu. Birinci qazancı konsertlərə, bahalı kliplərə, yatırım edirlər. Niyə kredit ödəyirsən, kifayət qədər baha toyalara gedirsən. Sənin Bakı şəhərində 5-6 yerdə evin olardı. Bu gün kirayə verib, pulların da oturub yeyərdin".

Aparıcının "Sizin 2 eviniz var" sualına "2 çox azdır. 2 yox 20 olmalıdır əslində, amma 20 deyil, biraz azdır. O mahnı sayəsində il yarıma istədiyim madiyyatı əldə etdim. Mən də konsertlər edə bilərdim, amma birinci güzəranımı qurdum" cavabını verib.