"Bir-birinizə sahib çıxın ki, aranızda..." "Bir-birinizə sahib çıxın ki, aranızda..."

İbrahim Tatlısəsdən övladlarına vəsiyyət! Bir gün ölsəm...

"Bir-birinizə sahib çıxın ki, aranızda..."

Dillərə dastan mahnıları və bənzərsiz səsi ilə imperator ləqəbini qazanmış İbrahim Tatlısəs uzun bir aradan sonra Çeşmədə konsert verib. Onu dinləməyə gələnlər arasında qızı Dilan və nişanlısı da olub.

Aznews.az Türkiyə mətbuatına istinadən bildirir ki, ata olduğunu etiraf edən Tatlısəs övladlarına vəsiyyət edib: "Bir gün ölsəm sizi sizə əmanət edirəm. Qardaş-bacı olaraq bir-birinizə sahib çıxın ki, aranızda düşmənçilik olmasın" deyərək o, çox səmimi açıqlamalar verib.

Qızlara heyran olduğunu dilə gətirən Tatlısəs, "5 qızım, 2 oğlum var. Dilan, kaş oğlan olaydı. Heç belə dəliqanlı gənc qızla rastlaşmamışam. Dilanı çox gec tapdım, amma fəxr edirəm ki, o, mənim qızımdır" deyib.

Yaxşı ata olmadığını dilə gətirən sənətkar bu ifadələri də işlədib... "Mən yuvamda ola bilmərəm... İşimlə əlaqədar hər gün bir yerdəyik. Uşaqlarımın başında və yanında ola bilmirəm, amma mən həqiqətən əsl atayam" deyə söyləyib.

AzNews.az