"BAXCP sədrinin çıxışını təhrif edirlər" "BAXCP sədrinin çıxışını təhrif edirlər"

"Aslan İsmayılov Qüdrət Həsənquliyevə yalvardığı günləri unudub" - BAXCP-dən kəskin cavab

"BAXCP sədrinin çıxışını təhrif edirlər"

“Son günlər məqsədi şəkildə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisdəki çıxışarını, təkifərini təhrif edib mətbuatda, sosial şəbəkədə yayırlar. Bu kampaniyanın sifarişçilərinin də, icraçılarının kim olduqlarını çox yaxşı bilirik“ – bu açıqlamanı Aznews.az saytına BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı verib.

Onun sözlərinə görə, bu sifarişi yerinə yetirənlərin məqsədi bəllidir : "Düşünürlər ki, bu cür yollarla, vasitələrlə Qüdrət bəyin nüfuzuna zərbə vuracaqlar. Hər kəs və o cümlədən də Azərbaycan cəmiyyəti çox yaxşı bilir ki, Qüdrət Həsənquliyev öz xalqına, dövlətinə və prinsiplərinə hər zaman sadiq olub. Dövlətin və millətin maraqları qoruyub".

BAXCP funksioneri xatırladıb ki, Qüdrət Həsənquliyev əhalinin sosial vəziyyətinin daha da yaxşılaşması üçün bir milət vəkili kimi parlamentdə müsbət təkiflərlə çıxış edib. Həmin çıxışlardan birini hazırda qayçılayaraq təhrif olunmuş formada sosial şəbəkədə yayırlar: "O çıxışın tam mətni var. Hər kəsin gözü qarşısında Qüdrət bəy çıxışında Sinqapurun baş naziri Li Kuanin öz ölkəsində korrupsiyaya qarşı mübarizə metodunu və islahatların aparılmasını misal çəkib. Sinqapur nümunəsində ölkəmizdə hakimlərinin, nazirlərinin və dövlət məmurlarının əmək haqlarının yüz minlərlə dollara çatdırılmasını və bunun nəticəsində korrupsiyanın tamamilə aradan qaldırılmasını nail olynduğunu bildirib. İslahatların daha da dərinləşməsi üçün bundan başlanmasının önəmini qeyd edib. Həmçinin də ölkəmiz də orta əmək haqqının, yəni, təhsil, səhiyyə və s. sahədə çalışan şəxslərin 3000 manata qaldırılmasını və belə olduğu təqdirdə spikerin, deputatın əmək haqqısının 8000 manat olmasının zəruriliyini qeyd edib. Bunun nəyi pisdir ki?! Bu gün faktiki ölkəmiz də orta əmək haqqı 500 manat təşkil edir və deputat da 2500-3000 manat əmək haqqı alır".

Orduxanlı başqa bir misal da çəkib: "Bir neçə gün bundan qabaq, Milli Məclisin komitə iclasında onlarla şəxsin, mətbuat nümayəndəsinin qarşısında çıxış edən Qüdrət Həsənquliyev deyib ki, cənab Prezident 1 may 2017-ci ildə fərman imzalayıb ki, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin 25 faizinin 5 faizi, “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq isə toplanan rüsumların 25 faizinin 5 faizi Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir. O, eyni qaydada Milli Məclisin aparatının əməkdaşlarının da maaşlarına əlavələr olunması təklif edib. Ancaq komitənin iclası bitməmiş bəzi mətbuar orqanlarında yenə də Qüdrət bəyin çıxışını təhrif edib yaydılar. Bir daha qeyd etmək istəyirəm ki, bu adamlar düşünməsin ki, onların böhtanlarına, şanajlarına sona qədər dözəcəyik. Hər biri yaxın zamanlar da məhkəmə qarşısında cavab verəcəklər! Öz layiqli cəzalarını alacaqlar!”.

Partiya yetkilisi bildirib ki, sosial şəkildə millət vəkilinə qarşı aparılan qarayaxma kampaniyasının mərkəzi fiquru Aslan İsmayılovdur: "Həmişə olduğu kimi, şantaja əl atıb. Amma ünvanı səhv salıb. O bu cür çirkin əməllərinə görə mütləq hakim qarşısında dayanacaq və sonda üzr istəyəcək. Görünür, Qüdrət Həsənquliyevə yalvardığı günləri unudub".

AzNews.az