- Siyasi müzakirə
- 1 Fevral 2019 18:24
- 25 794
Mehman Hüseynov şantajla məşğuldur - Qardaşı etiraf edir
“Mehman qeyri-peşəkarlıq edir, söyüşlər yazır”
Blogger Mehman Hüseynovun İsveçrədə yaşayan qardaşı Emin Hüseynov hələ 2 il əvvəl etiraf edib ki, qardaşı yalan xəbərlərlə vəzifəli şəxsləri şantaj edirmiş.
Belə ki, musavat.com hüquq müdafiəçisi E.Hüseynovla müsahibə edib. Müsahibədə E.Hüseynov həm qardaşı ilə bağlı baş verənlərə, həm də bu məsələdə özünə qarşı yönələn tənqidlərə cavab verib.
Müxbirin “Mehmanın polisdən çıxanda verdiyi açıqlamalar, ağlaması çoxlarına pis təsir etdi. Əksəriyyət onun ağlamasını “bu yük onluq deyildi” şəklində qiymətləndirdi. Bəs siz bir qardaş, hüquq müdafiəçisi olaraq onun ağlayarkən verdiyi açıqlamaları görəndə hansı hissləri keçirdiz? Onları görəndə “bu mübarizə Mehmanın çəkisinə görə deyildi, o, uşaqdır” dedinizmi heç?” - sualına EşHüseynov belə cavab verib:
“Bilirsiz ki, Barak Obama da zamanında ağlayıb, Ərdoğan da. Xalqın ürəyinə daha çox girmək üçün liderlərin ağlaması çox geniş yayılmış haldır. Bir trend düşüb, siyasətçilər ağlayırlar. Mən də hərdən düşünürəm, Mehmandan şübhələnirəm ki, bəlkə bu hardansa bu texnikanı öyrənib, xalqın ürəyinə yol tapmaq üçün ağlayır.
O, daha sonra əlavə edib ki, əgər Azərbaycan xalqı fikirləşirsə ki, Mehman onların problemini həll edəcək, yanılır:
“Mehmanı məndən yaxşı tanıyan yoxdur. İctimai rəyə nəyin təsir etməsi ilə bağlı araşdırır, hər gün oxuyur. Ağlamaq o vaxt lazımdır ki, sənin dırnağına tok verirlər. Amma Mehman çıxır bayıra, görür hər tərəfdə kamera var, başlayır ağlamağa. Mehman ağlamasaydı, bəlkə də heç bir effekti olmayacaqdı dediklərinin, verdiyi mesajların. Baxın, üstündən 1 həftə keçib, hələ də Mehmanın göz yaşları müzakirə mövzusudur. Polislə böldüyü dönərdən də elə danışıb ki, hamı bunu təkrarlayır. Soruşursuz ki, Mehman niyə kövrəlib. Bəlkə də o, gözləmirdi ki, onu buraxacaqlar. Gözünün qabağına gətirib ki, onu 1 il şərləyəcəklər. Amma buraxılıb və sevincindən ağlayıb”.
“O çilçırağın qiyməti Mehmanın dediyi qədər ola bilməz!”
Sonra E.Hüseynov əlavə edir:
“Mehmana demişəm ki, sən kalibrini müəyyənləşdir. Özünçün qırmızı xətt saxla, sən prezidentlə zarafat eləmə. Deputatlar xalqın elçiləridir, onlardan yaz, maraqlı olsun. Amma Mehmandan narazı qaldığım məqam nədir? Bəzən qeyri-peşəkarlıq edir, söyüşlər yazır və sair. Bu yaxınlarda Kəmaləddin Heydərovun evi ilə bağlı reportaj hazırlamışdı. Mənə dedilər ki, xəbərin var, Mehman nazirin 1 milyardlıq lüstrünü çəkib? Özü də mənə bunu elə ciddi adam dedi ki, bilsəz, təəccüblənərsiz. Belə baxdım ona, dedim ki, 1 milyardlıq lüstr ola bilməz e. Mənə qayıtdı ki, sən nə danışırsan e, Mehman yazıb, ortaya fakt qoyub ee. Adama izah edirəm ki, Mehman kimdir axı belə bir şey sübut eləsin? Mehman “baseyn” çəkə bilər, unitaz çəkə bilər. Lap o unitaz da başdan-ayağa qızıl da olsa, dəyəri 1 milyard ola bilməz. Lüstrləri göstərir və deyir ki, bunların üstü brilyantdır. Mehmana deyirəm ki, səndə hərdən ölçü hissi olmur. 300 min izləyicidən ən azı 3 min nəfər biləcək ki, bu, brilyant ola bilməz, brilyant deyil”.
Qardaşı etiraf edir ki, M.Hüseynov bəzi məsələlərdə məlumatsız olur:
- Bəlkə, mənbə buna şəkilləri göndərib. Tutaq ki, fəhlələr. Məsələn, o hadisədən sonra fəhlələr yazırlar ki, artıq yüksək vəzifəli şəxslərin evində işləyən fəhlələrdən mobil telefonlarını yığıb alırlar ki, belə çəkilişlər etməsinlər. O fotonu göndərən şəxs ola bilər ki, birinin də üstünə beşini qoyub deyir ki, lüstr 1 milyardlıqdır. Mən də Mehmana deyirəm ki, belə məlumatlar gələndə tələsmə. Sən brilyant üzrə mütəxəssis deyilsən, amma mən bir dəfə brilyantlarla bağlı araşdırma hazırlamışdım. Ordan bilirəm ki, o lüstrün qiyməti Mehmanın dediyi qədər ola bilməz. Mehmana deyirəm, küyə getmə. O da cavanlıqdan irəli gəlir. Deyirəm, indi yazıbsan yazıbsan. Ciddi adamlar biləcəklər ki, belə şey yoxdur. O lüstr bəlkə də yüz minlərlə, ya da bir milyon dollar dəyərində ola bilər. Amma milyard dollar yox. Hərdən faktları dəqiqliklə yazmaq lazımdır. Hələ onu ölkədən buraxmırlar. Buraxsaydılar, treninqlərdə iştirakını təmin edərdim, bir qədər peşəkarlıq öyrənərdi. Amma bir daha deyim ki, onun bu səhvləri də təcrübəsizlikdən irəli gəlir. Özünə isə demişəm ki, əgər paylaşımlarında, süjetlərində kimsə səhv tapsa, özündə güc tap və sosial şəbəkədə bu səhvini etiraf elə. Videoversiyanı düzəldə bilməsən də, heç olmasa yazıda bu səhvini düzəlt ki, məsələn, çilçıraq 1 milyard dollar yox, 1 milyon manat idi... Bunu demək lazımdır. Amma Mehman bir az tənbəldir. Ona demişəm ki, özünü yığışdır. Yazdıqlarına görə də demişik ki, nə edirsənsə özünə edirsən. Nəsə yanlış bir material paylaşsan, sabah camaatın gözündən düşəcəksənsə, özünə pislik etmiş olacaqsan".
E.Hüseynov sonda qardaşı barədə digər etiraflar edir:
“Ona demişəm ki, heç vaxt jurnalistikanı siyasətə qatma. O səhifə vasitəsilə siyasi çağırışlar etməməli, söyüş söyməməli və faktları təhrif etməməlisən. Özünə də demişəm ki, bir az ciddi ol. Bizi orda-burda biabır eləmə…”
AzNews.az