- Siyasi müzakirə
- 9 Aprel 2019 12:49
- 2 625
"90 mln. manat vəsait səmərəsiz xərclənib" - Ziyad Səmədzadə

Hesablama Palatasının 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində 90 mln. manat vəsaitin səmərəsiz xərcləndiyi aşkar edilib.
AzNews.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Palatanın ötənilki fəaliyyəti hesabatı ilə müzakirələrdə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, dövlət büdcəsinə bərpa edilən vəsaitilərin yaranma mənbələri üzrə strukturda vergi və s. ödəmələr 38,4%, digər istiqamətlər 19,8%, tikinti xərcləri üzrə 17,4%, satınalmalar üzrə xərclər isə 10,7% təşkil edib. Hesabat ilində bərpa edilmiş vəsaitin 33,5%-i büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub”.
Elgün
AzNews.az