Niyə erməni əsirliyində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı susdunuz? Niyə erməni əsirliyində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı susdunuz?

"Müxalifətçilik dövlətə düşmən kəsilmək deyil"

Niyə erməni əsirliyində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı susdunuz?

Xaricdən idarəolunan, özünü müxalifət adlandıran, lakin radikallaşmış, marginallaşmış kəsimin internet resurslarında dövlətçiliyin əleyhinə təbliğat aparmasını ölkə ictimaiyyəti hiddətlə qarşılayır.

Arzuman Abdulkərimov, “Hilal” İctimai Birliyinin sədri, “Yeni Kanal” media qrupunun təsisçisi:

"Xaricdən idarəolunan söyüş qrupu, xarici dövlətlərin agentura fəaliyyətinin bir hissəsidir. Bu, eyni zamanda, dövlətlərin bir-birinin daxili işlərinə müdaxilə kimi anlaşılmalıdır. Həmin antiazərbaycan şəbəkə məhz bu kimi əxlaqdan, mənəviyyatdan kənar qüvvələrdən istifadə edir. Bu, onu göstərir ki, indiki dövrdə biz informasiya təhlükəsizliyimizi gücləndirməliyik.
Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Hazırda əlimizdə 200 mindən çox izləyicisi olan “Yeni Kanal” “Youtube” kanalımız var. İctimai-siyasi mövzuda tanınmış insanların iştirakı ilə verilişlər təşkil edirik. Bəzən həm iqtidar, həm də müxaifət nümayəndəsinə efir verilir. Baxırıq ki, rəylərdə hər iki tərəf ağır təhqirlərə məruz qalır. Birmənalı şəkildə şriftlərdə fərq var. Dərhal bilinir ki, bu rəylər ingilis və kiril qrafikası ilə, özü də Azərbaycandan kənarda yazılır. Xüsusilə qızışdırıcı mövqe təhrik olunur.
Bəzən iki nəfər başqa məsələdən danışdığı halda, rəylər, söyüşlər ordumuza, Müdafiə Nazirliyinə, Prezident Administrasiyasına qarşı yönəlir. Yəni özünü azərbaycanlı sayan insanın bunu etməsi şübhə doğurur. Çünki hər birimizin qohumunda, əqrəbasında ən azı əsgər və zabitlər var. Bundan əlavə, biz yaxşı bilirik ki, ordumuz necə ağır şəraitdə Vətənimizi qoruyur. Belə rəylər eynilə Gəncə hadisələrində, Tərtərdə ordumuza sızmış xain agentlərə qarşı uğurlu əməliyyatda dərhal işə düşmüşdü. Yəni informasiya savaşında vətəndaşlarımız ayıq-sayıq olmalıdır. Radikal müxalifət də hər zaman bu təhqiramiz rəylərin üzərində öz siyasətini, piarını qurur, ambisiyalarını reallaşdırmaq istəyir.
Müxalfət, qaragüruh şəklində mübarizə aparmamalıdır. Sağlam müxalifət bütün ölkələrə lazımdır. Amma bizdə özünü siyasi mühacir hesab edən radikal ünsürlər var ki, müxalifət adını mənimsəməyə çalışır və dövlət rəmzlərimizə, hökumət strukturlarımıza qarşı qərəzli hücumlar edir, təhqirlər yağdırır, internetdə özlərini narazı qrupların qəhrəmanına çevirmək istəyirlər. Əlbəttə, onların cavabı Vətənini, dövlətini sevən insanlar tərəfindən verilir. Lakin bu adamlar xarici xüsusi xidmət orqanlarının əlaltılarına çevrilməklə Vətənə xəyanət etdiklərinin ya fərqində deyillər, ya da artıq bunu qəbul ediblər. Bu məsələdə cəmiyyət kimin-kim olduğunu bilməlidir.
Bugünlərdə çox maraqlı bir formatda görüş baş tutdu. İqtidar və müxalifət nümayəndələri ilk dəfə uzun illərdən sonra siyasi müstəvidə masa ətrafında müzakirə üçün bir araya gəldilər. Baş Nazirin müavini Əli Əhmədovun iştirakı ilə müxalifət və iqtidar təmsilçilərinin görüşündə də dönə-dönə vurğulandı ki, bu cür mübarizə metoduna qarşı sağlam müxalifət qüvvələri də iqtidar tərəfdarlarına qoşulub mübarizə aparmalıdırlar. Çünki siyasi mənsubiyyət təmsilçiliyindən asılı olmayaraq, ümummilli mənafelərimizə yad fikirlər, siyasətə söyüş, təhqir gətirənlər ifşa olunmalıdır, onlara qarşı birgə mövqe ortaya qoyulmalıdır. Çünki radikallıq etmək heç bir siyasətçiyə, o cümlədən müxalifət düşərgəsinin inkişafına fayda verməyəcək".

Toğrul Allahverdili, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) sədri, diasporpress.az saytının baş redaktoru:

"Əli Kərimli və ətrafında olanlar “Məhsul” stadionuna mitinqə topladığı 700-800 qohum-əqrəbası və cüzi tərəfdarı ilə ölkədə inqilab etməyi düşünür. Eyni zamanda, müxalifətin radikal qanadının xaricdəki təmsilçiləri olan Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli və başqalarının da hakimiyyətlə mübarizəsini gördükdə, cəmiyyətin onlara qarşı nifrəti daha da artır.
Əvvəla, müxalifət nümayəndəsi olmaq heç də ayıb deyil. O, hər kəsin siyasi əqidəsidir. Vətəndaş istəyərsə, iqtidarı dəstəkləyər, istəməzsə müxalifəti. Amma müxalifətçi olmaq dövlətə düşmən kəsilmək, xalqın dəyərlərinə arxa çevirmək deyil. Hər ağızlarını açanda öz tərbiyəsizliklərini ortaya qoyan bu məxluqlar söyüş, təhqir, şər, böhtanla hakimiyyətə gəlmək istəyirlər.
Xaricdə oturub hansısa düşmən qüvvələr tərəfindən maliyyələşən radikal müxalifət nümayəndələri bütün günü Azərbaycan və dövlətçiliyimiz əleyhinə çıxışlar etməklə, videomüraciətlər yaymaqla heç nəyə nail ola bilməyəcəklər. Çünki xalqımız da yaxşı görür ki, onlar antiazərbaycan şəbəkənin oyuncağına çevriliblər. Hətta onların fəaliyyətində erməni lobbisinin də izlərini görmək mümkündür.

Zaur Məmmədov, Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru:

"Bu gün qrant girovuna çevrilib Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin başında duranlardan biri Arif Yunus, digəri isə Leyla Yunusdur. “Sülh və Demokratiya İnstitutu” adı altında “radikal müxalifət” və “Milli Şura” da az canfəşanlıq etmirlər. Onlar erməni fondları, Marşal Fondu, Soros Fondu və sair kimi donorlar vasitəsilə xarici dillərdə antiazərbaycan təbliğatı ilə məşğuldurlar. Yunuslar “Cəmiyyətin fikri” adlı sosial şəbəkə yaradaraq, əslində, öz niyyətlərini həyata keçirirlər.
Onlar qeyd edirlər ki, “Bu hədəf – “Qarabağ Ermənistanındır” hədəfidir. Məsələn, özünü hüquq müdafiəçisi kimi təqdim edən Arif Yunus “Azərbaycanda stereotiplər və düşmən obrazı” məqaləsində yazır ki, “1918-ci ilin sentyabrında Bakıya daxil olan türk-Azərbaycan ordusu ən azı 9 min ermənini öldürməklə qırğına cavab verdi.
20 Yanvar hadisələrindən yazarkən isə qeyd edir ki, bununla bərabər, Azərbaycan cəmiyyətində həmin hadisələrə bir həftə qalmış Bakıdakı ermənilərə qarşı törədilən qırğınlarla bağlı indiyədək susurlar. Habelə 1990-cı illərin ortalarında artıq Azərbaycanda 5-ci sinif dərsliklərində ermənilərin düşmən obrazında qələmə verilməsindən bəhs edir və yazır ki, məktəb proqramlarında ermənilərin ünvanına “bandit”, “aqressor”, “xain”, “riyakar” kimi epitetlərdən istifadə olunur.
Bu ilin əvvəlində Avropa Parlamentinin binasında ‘”Ermənifobiya: Tarix və bu günün yenidən aktuallaşan məsələsi” mövzusunda tədbir keçirilmişdi. Tədbirin məqsədi guya ermənilərin azərbaycanlılar tərəfindən sıxışdırılması və əzilməsi fikrini aşılamaq olmuşdu. Ermənilər burada Leyla Yunusdan sitat gətirərək “arqumentlərini” gücləndirmək istəyiblər: “Azərbaycanda 10 yaşlı uşaqlar xristianların azərbaycanlıların düşməni olduğuna və ermənilərin qara geyimli inancsız insanlar olduğuna inanmağa təhrik edilir.
Bunları hansısa şovinist erməni politoloq desəydi, anlamaq olardı. Amma bunu Leyla Yunus deyir və heç erməni ekspertlər də bu məsələdə onun qədər israrlı deyil. Leyla Yunusun bu fikirləri ermənilərin Avropa Parlamentində Azərbaycan əleyhinə təşkil etdiyi tədbirdə “arqument” kimi istifadə edilir. Lakin Azərbaycanda hüquqdan və azadlıqlardan danışanlar, niyə bircə dəfə də olsun, Ermənistanda azərbaycanlıların məzarlarının darmadağın edilməsi ilə bağlı rus və ingilis dillərində məqalələrlə çıxış etmədiniz? Niyə erməni əsirliyində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı susdunuz? Çünki siz siyasi partiyaların və xarici qrantlar hesabına antimilli fəaliyyət göstərən QHT-lərin əsas məqsədi Azərbaycana düşmənçilik edənlər hesabına öz maliyyə vəziyyətinizi yaxşılaşdırmaqdır. Sizin məqsədiniz erməni dəyirmanına su tökməkdir". (“Xalq qəzeti”)