- Siyasi müzakirə
- 1 Noyabr 2019 11:01
- 3 144
Arif Hacılı dəyirmi masa keçirəcək - Əli Kərimli və Cəmil Həsənli görüşə gəlməyəcək

Görüşün məqsədi ölkədə mövcud durumu müzakirə etməkdir
Müsavat Partiyasının müxtəlif partiya rəhbərləri və siyasi qüvvələrlə əməkdaşlıq barədə irəli sürdüyü dəyirmi masanın günü bəlli oldu.
AzNews.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib. O bildirib ki, dəyirmi masa noyabrın 5-də Müsavat Partiyasının qərargahında keçiriləcək.
Arif Hacılı qeyd edib ki, bu görüşün məqsədi ölkədə mövcud durumu müzakirə etmək, çıxış yolları barədə fikir mübadiləsi aparmaqdır: "Mümkün olarsa, bəzi razılaşmalar da öz təsdiqini tapacaq".
Görüşdə iştirak edəcək siyasilərin adları mətbuata açıqlanıb.
AzNews.az-a daxil olan məlumata görə, həmin şəxslərdən ikisi - AXCP-nin sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli görüşdə iştirak etməyəcək.
Bahar RÜSTƏMLİ
AzNews.az