Siyasətçi olaraq uzun illərdə hər zaman Azərbaycan dövlət maraqlarını müdafiə etmişəm Siyasətçi olaraq uzun illərdə hər zaman Azərbaycan dövlət maraqlarını müdafiə etmişəm

Niyaməddin Orduxanlı seçicilərlə görüşə başlayıb

Siyasətçi olaraq uzun illərdə hər zaman Azərbaycan dövlət maraqlarını müdafiə etmişəm

Niyaməddin Orduxanlı:" Artıq minlərə evlərin qapılarına seçi bukletim qoylub. Bu da, on minlərə insan deməkdir. 120-dən artıq ticarət obyektinə seçki plakatım vurulub. Facebook üzərindən dairənin ərazisində yaşayan on minlərlə facebook, istagram istifadəçilərinə məlumat çatdırırıq. Çox geniş seçki kampaniyası aparırıq və bunu hər kəs görür."

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin deputatlığa namizədi BAXCP sədrinin müavini, QHT sədri , tanınmış politoloq Niyaməddin Orduxanlının seçicilərlə görüşü başlayıb.

Bununla bağlı Moderator.az saytına açıqlama verən Orduxanlı bildirib ki, namizəd olduğu dairədə seçicilərlə çox geniş təmaslar qurulur:" 20 ildən artıq siyasətlə məşğul olmağım və ən əsası da BAXCP ldieri Qüdrət Həsənquliyevin uzun illərdi müavini olmağım mənə imkan verir ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən təblığat işini quraq. Çünki , birinci növbədə, liderim Qüdrət Həsənquliyev həm respublika səviyyəsində, həm də ölkəmizin hüdudlarından kənarda tanınmış siyasi xadimdir.

Bu, mənim birinci üstünlüyümdür. Bundan başqa çox gənc yaşlarımdan böyük siyasətlə məşğul olmağım və 15 ildən artıq vətəndaş cəmiyyətində təmsil olunmağım imkan verir ki, hər bir seçimim məni yaxından tanısın. Özünüz də , araşdırma apara bilərsiniz. Biz bir partiya olaraq namizəd olduğum 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində hər bir seçisi ilə təmas qurururq. Dairədən təmsil olunan və sosial şəbəkə istifadəçisi olan hər kəsə məlumat çatdırırıq. Bilirsiniz ki, mən sosial şəbəkələrdən, xüsusən facebookdan, instagramdan geniş istifadə edən və minlərlə izləyicisi olan siyasətçilərdən biriyəm. Hər gün facebook üzərindən ödənişli əsaslarla təmsil olunduğum dairəni seçərək oradaya yaşayan, qeydiyyatdan olan on minlərlə insanlara seçki platformamız haqqımda, özüm barədə məlumatlar çatdırırıq.

Həmçinin də hər kəs bunun canli şahidi oldu ki, özümün iştirak ki, minlərə evin qapılarına seçki bukletlərim qoyldu. Bu da on minlərlə insan deməkdir. Bir ailənin 3-4 nəfər ailə üzvünü nəzərə alsaq. 120-dən artıq ticarət obyektlərinə, təbii ki, özlərinin razılığı ilə seçki plakatlarım vurulub. Mənim namizədliyimi müdafiə edən xeyli sayda maşınlar seçki plakatlarımla maşınlara vurublar . Onlar hər gün dairənin ərazisində hərəkət edirlər. Bu gün dairənin böyük bir hissəsi namizəd Niyaməddin Orduxanlı haqqında kifayət qədər məlumatı var. Seçki bukletimə şəxsi mobil nömrəmi yazmışam.

Dünəndən mənə gələn xeyli sayda zənglərdən biliri ki, çox böyük rezanans yaratmışıq. Bütün bunları həm dairədə yaşayan insanlar da görür, həm də seçkiləri müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri . Bundan başqa hər gün 30 0000-lik facebook səhifəm və 10 000 instagram vasitəsi ilə, ödənişli əsaslarla on minlərlə insanlara çatdırırıq. Unutmayağın ki, bu mənim son 20 ildə 4 parlament seçkilərində iştirakımdır.

Geniş seçki təcrübəmdə var. Mən bir siyasətçi olaraq uzun illərdə hər zaman Azərbaycan dövlət maraqlarını müdafiə etmişəm, Azərbaycanın əleyhinə fəaliyyət göstərən radikal siyasi qüvvələrə mübarizədə olmuşam. Düşünürəm ki, mənim siyasi tərcümüyi halım və 20 illik siyasi fəaliyyətim imkan verəcək ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin seçiciləri, məhz Qüdrət Həsənquliyevin müavini olan Niyaməddin Orduxanlını seçəcək!

AzNews.az