Bir sıra məntəqələrdə seçki prosesinin pozulduğu qeyd edilib Bir sıra məntəqələrdə seçki prosesinin pozulduğu qeyd edilib

Daha dörd məntəqədə nəticələr ləğv edilib

Bir sıra məntəqələrdə seçki prosesinin pozulduğu qeyd edilib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün baş tutan iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 81 saylı Beyləqan Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.

AzNews.az-ın məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü İlham Məmmədov bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 1, 4, 6, 31-ci seçki məntəqələrində öz təsdiqini tapıb.

O qeyd edib ki, 1, 4, 6, 31-ci seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. O, həmin məntəqələr üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.