- Siyasi müzakirə
- 27 May 2020 19:12
- 5 658
MDB-nin dövlət başçıları Qələbə Paradına dəvət olunacaq
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib
Moskva şəhərində iyunun 24-də keçiriləcək Qələbə Paradına MDB ölkələrinin rəhbərlərini dəvət etmək nəzərdə tutulur.
AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, ənənəvi olaraq mayın 9-da keçirilən Qələbə Paradı koronavirus pandemiyası səbəbindən təxirə salındı. Parada ilkin olaraq bir çox ölkələrin başçıları, beynəlxalq təşkilatların rəhbərləri dəvət edilmişdi.