Rəşad Bayramov Mərkəzi Şuranın sədri seçilib Rəşad Bayramov Mərkəzi Şuranın sədri seçilib

AMİP-in yeni rəhbərliyi formalaşdı

Rəşad Bayramov Mərkəzi Şuranın sədri seçilib

Azərbaycan Milli İstiqlal Partiyasının yeni tərkibdə Mərkəzi Şurasının ilk iclası keçirilib.

AzNews.az bildirir ki, videokonfrans şəklində keçirilən iclasda Rəşad Bayramov Mərkəzi Şuranın sədri seçilib.

Mərkəzi Şuranın iclasında həmçinin AMİP Siyasi Şurasına seçkilər keçirilib. Aminə Vəliyeva, Məhərrəm Həsənov, Sadiq Həmzəyev, Yəhya Həsənov, Əli Orucov, Məmməd Qələndərli, Təbriz Musayev, Xanmirzə Məlikəliyev, Teyyub İsmayılov Siyasi Şura üzvü seçiliblər.

Daha sonra AMİP sədri müvafiq sahələr üzrə müavinləri və müşavirlərini elan edib. Afsəddin Nəbiyev və Elşən Mustafayev AMİP sədrinin müavinləri, Ceyran Ənsər, Oqtay Sadıxov və Eldar Hüseynov AMİP sədrinin müşavirləri təyin edilib.