Ermənistan mövcud kiçik iqtisadi potensialı ilə uzun müddətli müharibə aparmaq imkanlarına malik deyil Ermənistan mövcud kiçik iqtisadi potensialı ilə uzun müddətli müharibə aparmaq imkanlarına malik deyil

"Bu Ermənistanın regionun ən çox xarici borc asılılığı olan ölkəsi olması deməkdir"

Ermənistan mövcud kiçik iqtisadi potensialı ilə uzun müddətli müharibə aparmaq imkanlarına malik deyil

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Ermənistanın kredit reytinqini aşağı salması işğalçı ölkənin iqtisadiyyatının torpaqlarımızda başlatdıqları təxtibata reaksiya kimi qiymətləndirilə bilər. Cəmi 2.6 milyard dollar xarici valyuta ehtiyatları olan Ermənistanda xarici borcun məbləği bundan 2 dəfə çox, 5.7 milyard dollardır".

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov Ermənistanın xarici borclarından danışan zaman qeyd edib.

Deputat müqayisə üçün bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları işğalçı ölkənin rezevlərindən 20 dəfə çoxdur: "Düşmən ölkənin xarici borcu Ümumi Daxili Məhsulunun (ÜDM) yarıdan çoxunu, yəni 53.5 faizini təşkil edir. Bu Ermənistanın regionun ən çox xarici borc asılılığı olan ölkəsi olması deməkdir.

Bu ilin ilk yarısında iqtisadiyyatı 5.7% faiz azalan Ermənistanda iqtisadi azalma tendensiyası daha da sürətlənib. Bütün makroiqtisadi göstəricilərdə regionun ən zəif ölkəsi olan Ermənistan mövcud kiçik iqtisadi potensialı ilə uzun müddətli müharibə aparmaq imkanlarına malik deyil. Bu isə o deməkdir ki, şanlı ordumuz işğal altında olan torpaqlarımızı azad edəndən sonra Ermənistanda resessiya daha da güclənəcək".

Səidə

AzNews.az