Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda deyilir Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda deyilir

Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə paylaşım edib

Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda deyilir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə paylaşım edib.

AzNews.az-ın məlumatına görə, Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda deyilir:

"Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir.

Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!"