Bu rayonda heç vaxt erməni əhali olmayıb Bu rayonda heç vaxt erməni əhali olmayıb

Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq

Bu rayonda heç vaxt erməni əhali olmayıb

Kəlbəcər rayonunun qayıtması təkcə Azərbaycanın qələbəsi deyil, həm də vacib və əlamətdar hadisədir. Bu, həm də tarixi ədalətin zəfəridir.

Bunu rusiyalı politoloq Tatyana Poloskova deyib.

O vurğulayıb ki, bu rayonda heç vaxt erməni əhali olmayıb: “Sonuncu sovet siyahıyaalmasına görə, rayon əhalisinin 99 faizi azərbaycanlılar idi”.

Politoloq bildirib ki, ermənilər bu ərazini tərk edərkən, evləri, məktəbləri, digər binaları yandırır, ağacları kəsirdi:

“Bu, vandallıqdır və gəlmə insanların davranışıdır”.

Qeyd edək ki, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub (Trend)

AzNews.az