Ədliyyə naziri: "Azərbaycanda 7 siyasi partiya qeydiyyata alınıb"

Nazirlikdə 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfrans keçirilib

Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb.

AzNews.az xəbər verir ki, Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransında nazir Fikrət Məmmədov deyib ki, çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 7 siyasi partiya, habelə 145 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 45 mətbu nəşr uçota götürülüb.

İclasda dövlət başçısının bütün sahələrdə islahatlarının davam etdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılması, büdcə xərclərinə nəzarətin gücləndirilməsi, israfçılığa yol verilməməsi ilə bağlı və digər tapşırıqları diqqətə çatdırılaraq ədliyyə fəaliyyətinin ölkə Prezidentinin yüksək tələbləri səviyyəsində qurulması, vətəndaş məmnuniyyətinin, şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyinin, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi qeyd olunub.