Partiya sədri: "Bu Azərbaycana marağı artıracaqdır"

"Azərbaycanın atributu olan bayrağı Laçında qaldırmaq Ali Baş Komandanımıza qismət oldu"

Partiya sədri: "Bu Azərbaycanın beynəlxalq aləmdə çəkisini daha da artıracaq".
Ölkə başçısının Laçın rayonunun Giləbir kəndində olmağı, su anbarının açılışında iştirak etməsi, Azərbaycan bayrağının qaldırmağı müharibə dövrünün özündə belə Azərbaycan ordusunun Giləbirdə olmasının, Laçın koridorunu nəzarətə götürməsini, Laçın-Şuşa istiqamətində bütün yolların nəzarətə götürməyi bu günün özündə də, həmin reallıq, həmin güc bizim əlimizdədir.
Bunu GunAz.az-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev bildirib.
Onun sözlərinə görə, hər tərəfli bizim orda olmağımız buna əsas verir ki, ermənulər Laçın kolidoru ilə hərəkət etsinlər, bizim razılıqımız əsasında onlar Laçın kolidorundan gedib-gəlirlər, ora bizim güc strukturlarımızın nəzarəti altındadır, istənilən vaxt Ali Baş Komandanın əmrinə uyğun əməliyyat davam edə bilər. Hələ beynəlxalq öhtəliklər var, ümumiyyətlə Rusiya, Türkiyə münasibətləri fonunda bağlanmış müqaviləyə Rusiya, Azərbaycan, Ermənistan tərəfindən qarşılıqlı riayət olunur.
Partiya sədri bildirdi ki, Ali Baş Komandanın ora getməsi, orda döyüş mövqelərinin daha da güclü olması, orda infrastruktur layihələrinin həddindən artıq tez bir zamanda həyata keçirilməsi, əhalinin məskunlaşması üçün yeni bir şəraitin yaradılması, əhalinin o bölgələrə yenidən qayıdışı üçün bütün ifrastrukturların qurulması, bu proseslərin bizim nəzarətimizdə olması deməkdir. Azərbaycan bayrağının qaldırılması Azərbaycanın ən böyük suverenliyi, ən böyük xöşbəxtliyidir. Laçında bayrağın qaldırması sevinci Ali Baş komandana qismət oldu ki, qalib ölkənin qalib bayrağını qaldırdı. Bayrağımız yüksəkliyə qalxdıqca Vətənini, millətini, bayrağını sevən hər kəs üçün çox qürurverici idi, Azərbaycanın atributu olan bayrağı Laçında qaldırmaq şərəfi dünyada ən qürurverici bir haldır ki, o da Ali Baş Komandanımıza qismət oldu.
Bədrəddin Quliyev müəyyən dedi-qodulara toxunaraq qeyd etdi ki, müəyyən qüvvələr bu proseslə bağlı mühüm fikirlər söyləyirlər, regionumuzun geopolitik vəziyyəti dəyişir, ordakı həm dəmir yolları ilə bağlı, həm quru yolların açılışı, infrastrukturların açılışı ilə bağlı, komunikasiya xəttlərinin açılışı Azərbaycanı mövcüd baxımdan yeniləşdirməklə, Azərbaycana yenidən əlavə bir güc verir. Yəni bu gücün formatında, bu yolların açılması baxımdan, bexəynəlxalq nöqteyi baxımdan yeni bir ticarət yolları açılır.
"Rusiya və İrandan yan keçən yeni bir ticarət yolları gələcək nöqteyi baxımdan istiqamət Türk dünyası ilə əlaqələr daha da genişlənəcək. Türkiyə formatında əlaqələrin, yük daşımaların, münasibətlərin daha da genişlənməsi, bu bölgəyə olan marağın həddindən artıq artırılmasına gətirib çıxardacaq. Bu bölgədə Azərbaycan-Türkiyə formatı formasında Azərbaycan bu bölgədə münasibətlərini daha da genişləndirəcək. Azərbaycan Rusiya, Orta Asiya, Çin xətti baxımından bu ərazilərdə ticarət yollarını genişləndirəcək. Və praktiki olaraq Azərbaycan üzərindən dünya bazarına çıxmaq və Rusiya, İrandan asılı olmayaraq yenidən bu bölgənin coğrafiyasında yeni bir geopraktik türk yolları açılır və bütün yollar Türkyə üzərindən dünyaya çıxır.
Bunu nəzərə alaraq Türkiyə - Azərbaycan bu bölgədə demək olar ki, bütün bu gedişat prosesinə diktə edir və bizim coğrafi məkanımız, infrastrukturlarımız, transmilli korporasiyaların diqqətinə və tərkib hissəsinə keçir".
Partiya sədri bildirdi ki, ona görə də bu yollarımız beynəlmiləşir və bu yollara beynəlxalq status verildikdən sonra, beynəlxalq maraq artdıqdan sonra transmilli korporasiyaların maraqları artdıqdan sonra, necə ki, Tovuz hadisələri dövründə neft-qaz kəmərlərimizə qarşı gələndə dünya ilə bağlı, beynəlxalq aləmlə bağlı mövqe başqa cür oldu. Onun təsirinin, ümumiyyətlə ziddiyyətlərlə bağlı ora yaxınlaşmaqla, o ərazilərdə müharibə aparmağın qeyri-mümkün olduğu üzə çıxdı. Bu gün o komunikasiyya xətləri, ifrastrukturlarımızın açılmağı Azərbaycana böyük bir potensial verir, böyük bir inkişaf verir və bunun yaxın zamanlarda həlli qaçılmazdır. Yaxın zamanlarda bu prosesin bizə nə qədər xeyri, o cümlədən Qarabağ probleminin həllinə həddindən artıq xeyrini yaxın zamanlarda görəcəyik.
B. Quliyev əlavə etdi ki, bu proseslərin sürətlə həlli istiqamətlərində baş verəcəyini görəcəyik. Komunikasiya xəttlərinin açılmağı həm Ermənistanın gələcəkdə münasibətləri formatında ümumi qayda-qanuna gəlməsi üçün müqavilələrin bağlanması, ərazilərin sərhədlərin tanınması ilə bağlı, normal formada qonşuluq münasibətlərin görülməsi və regionda olan bütün qonşu ölkələrin bu infrastruktur vasitəsi ilə inkişafını, əlaqələrini qurmasına bölgənin marağını daha da artıracaq. Bu Azərbaycanın beynəlxalq aləmdə çəkisini daha da artıracaq. Bu, strateji baxımdan Ali Baş Komandan tərəfindən atılan çox ciddi bir addımdı. Bu addımlar neft-qaz müqavilələrinin bağlanması ilə bərabər addımdı, yəni bu onu göstərir ki, biz Avropa ilə ümumiyyətlə Qərblə infrastruktur nöqteyi baxımından neft-qaz kəmərlərimizin, özümüzün alternativ olaraq, yəni öz kəmərlərimizin olması və gələcəkdə Avropanı neft-qaz bazarında inkişafının olmağı, həm də dəmir yollarımız, quru yollarımız vasitəsilə biz dünyanın bütün komunikasiya xəttlərinin infrastrukturlarını Azərbaycan üzərindən gəlib-getməyinə çıxardacıyıq. Bu da bizim bütün problemlərin həlli istiqamətində Azərbaycana marağı artıracaq. Azərbaycanın bütün problemlərinin qısa müddətdə həllinə gətirib çıxardacaq və bu da güclü Azərbaycan deməkdir.