1918-ci il hadisələrinin tədqiqini davam etdirmək lazımdır - Lev Spivak

Bunu İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının (Azİz) prezidenti Lev Spivak deyib

1918-ci il martın 31-də və aprelin 1-3-də Bakıda, eləcə də Bakı quberniyasının digər şəhər və mahallarında baş vermiş dəhşətli hadisələr uzun illər sovet hakimiyyəti tərəfindən ört-basdır edilib.

Bunu İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının (Azİz) prezidenti Lev Spivak deyib.

O bildirib ki, həmin dövrdə bu hadisələr barədə demək olar heç kimin məlumatı yox idi:

"Hər şey yalnız SSRİ dağılandan sonra üzə çıxmağa başladı. O zaman bizim tariximiz bizə qaytarıldı və bu, Sovet İttifaqında yaşayan bütün xalqlara aiddir".

L.Spivakın sözlərinə görə, təəssüf ki, 70 illik sovet hakimiyyəti Azərbaycan üçün izsiz ötüşməyib:

"Tarix demək olar ki, itirilib və bu gün onu zərrə-zərrə bərpa etmək lazım gəlir. Şübhəsiz ki, bu dəhşətli hadisələrin tədqiqini davam etdirmək lazımdır. Əminəm ki, bu sahədə daha çox dəhşətli faktlar üzə çıxacaq. Bu barədə mümkün qədər çox danışmaq lazımdır".(Trend)

AzNews.az