- Siyasi müzakirə
- 10 Yanvar 2024 14:24
- 8 092
Oqtay Qasımov: "Arif Hacılının kimi nəzərdə tutduğunu bilmirəm"
Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında təsisçilərindən biri olduğu Elçibəy İnstitutundan istefa verdiyini açıqlayıb.
AzNews.az məsələ ilə əlaqədar Elçibəy İnstitutunun rəhbəri Oqtay Qasımovla əlaqə saxlayıb.
Oqtay Qasımov açıqlamasında bu istefanın onun üçün gözlənilməz bir hadisə olduğunu deyib:
“Məncə, səslənilən fikirlərə ən doğru aydınlığı Arif bəy özü gətirə bilər. Kimləri nəzərdə tutduğunu, kimlərlə ziddiyyət yaşaması ilə bağlı mənim heç bir məlumatım yoxdur. Bu baxımdan şərh etməkdə çətinlik çəkirəm”.