Qüdrət Həsənquliyev Suraxanı seçicilərindən də səs alacaq

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyevin parlament seçkilərində hansı dairədən deputatlığa namizəd olacağı dəqiqləşib.

AzNews.az xəbər verir ki, tanınmış siyasətçi 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd olacaq.

Bu gün sözügedən dairənin seçki komissiyasına namizədin sənədləri təqdim olunub.

ƏHD partiyası parlament seçkilərində 20 namizədlə iştirak edir.

Son parlament seçkilərində Q.Həsənquliyev 36 saylı Xətai Seçki Dairəsində qələbə qazanmışdı.