- Siyasi müzakirə
- 3 Sentyabr 15:52
- 3 434
Niyaməddin Orduxanlı Parlament seçkiləri ilə bağlı açıqlama yaydı
Ədalət, Hüquq, Demokratiya, (ƏHD) Partiyasının sədr müavini, 50 saylı Abşeron üçüncü seçki dairəsindən deputatlığa namizəd Niyaməddin Orduxanlı özünün facebook səhifəsində seçki iıə bağlı açıqlama yayıb.
Həmin açıqlamanı olduğu kimi təqdim edirik:
"Ədalət, Hüquq, Demokratiya Partiyasının qurucuları və üzvləri böyük siyasətə dövlət hakimiyyət orqanlarında təmsil olunmaq üçün gəlməyib. Amalımız ədalətli cəmiyyət, hüquqi dövlət qurmaq, ölkəmizdə demokratiyanı inkişaf etdirməkdir. Hakimiyyəti məqsədimizi gerçəkliyə çevirmək üçün vasitələrdən biri hesab edirik. Seçkiləri həm də xalqımız, xüsusilə gənclər arasında xoşbəxt gələcəyimizə yol açacaq ideyaları yaymaq, onları böyük dəyişikliklərə hazırlamaq üçün bir imkan sayırıq. Partiyamız ölkədə keçirilən bütün seçkilərə qatılır və bundan sonra da qatılacaq. Seçkilərdə qalib gəlmiş YAP-ı Milli Məclisdə təmsil olunacaq partiyaları və uğur qazanmış bitərəf namizədləri təbrik edir, onlara Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzu edirik. Çox istərdik ki, Milli Məclis ölkəmizdə həllini gözləyən problemləri aradan qaldırmaq üçün böyük islahatların həyata keçirilməsinə öz töhfəsini versin. Allah Azərbaycanımızı qorusun!”