- Siyasi müzakirə
- 8 Sentyabr 22:52
- 1 657
Rusiya Qarabağı tərk etmiş ermənilərdən niyə əl çəkmir?

"Qarabağ erməniləri sürətlə Ermənistan vətəndaşlığını qəbul edir, erməni cəmiyyətinə inteqrasiya olurlar. Rusiya isə humanitar missiya adı altında onlardan əl çəkmir".
Bu barədə tanınmış jurnalist Şöhlət Eldəniz açıqlama verib. O, deyib:
"Rusların özünə hazırda humanitar yardım lazım. Bunlar isə guya erməniyə yardım edirlər. Əslində isə separatçılara dəstək verir, Qarabağ mövzusunu erməni cəmiyyətinin gündəmindən çıxmağa qoymur. Amma artıq prosesə mane ola bilməyəcək. Ermənilər normal yaşamaq üçün Rusiya ilə yox, Azərbaycan və Türkiyə ilə ciddi əlaqələr qurmağın vacibliyini dərk ediblər. Ona görə Paşinyan və ağlı başında olan ermənilər Qarabağ mövzusunu gündəmdən çıxarmağa çalışır. Azərbaycanın şərtlərini qəbul edir, Türkiyə ilə münasibətləri düzəltməyə çalışır".
AzNews.az