- Siyasi müzakirə
- 12 Dekabr 2025 14:34
- 6 848
Məzahir Pənahov: MSK-nın bu il yenidən formalaşdırılması nəzərdə tutulmur
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu il MSK-nın tərkibinin yenidən formalaşdırılacağı barədə iddialara münasibət bildirib.
Aznews.az xəbər verir ki, Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib ki, MSK-nın bu il yenidən formalaşdırılması nəzərdə tutulmur.
Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti gələn il apreldə başa çatır.