- Siyasi müzakirə
- 18:05
- 1 776
Gültəkin Hacıbəyli ilə bağlı Türkiyə məhkəməsi qərar verdi
Sabiq deputat və Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılması ilə bağlı etdiyi müraciətə baxılıb.
Bu barədə o, məlumatı sosial şəbəkə hesabında paylaşıb.
Məlumata görə, Türkiyənin Sülh Cəza Məhkəməsi Çatalca Geri Göndərmə Mərkəzində saxlanılması ilə bağlı verilmiş şikayəti təmin etməyib.
Məhkəmənin yuxarı instansiyası yekun qərar çıxaranadək Hacıbəylinin qapalı rejimdə saxlanılmasına qərar verib.
Xatırladaq ki, Gültəkin Hacıbəyli noyabrın 30-da Türkiyə ərazisində saxlanılıb. Onun barəsində 5 il müddətinə deportasiya qərarı qüvvədədir.
AzNews.az