Azərbaycan ərazisindən mayeləşdirilmiş qazın tranziti imkanı mövcuddur - Gevorq Papoyan

Azərbaycan ərazisindən Ermənistana mayeləşdirilmiş qazın tranziti üçün imkan açıqdır, ondan istifadə edib-etməmək məsələsini isə biznes özü müəyyən edəcək.

AzNews.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan keçirdiyi mətbuat konfransında bəyan edib.

“Azərbaycan ərazisindən mayeləşdirilmiş qazın tranziti imkanı mövcuddur, biz bunu açmışıq”, – deyə nazir vurğulayıb.

Papoyan qeyd edib ki, Azərbaycan ərazisindən mayeləşdirilmiş qazın tranziti imkanının yaradılması həm də rəqabət mühiti formalaşdırır. Onun sözlərinə görə, əvvəllər qiymət diktə edə bilən şirkətlər artıq bunu edə bilməyəcəklər, çünki dəmir yoluna alternativ yaranıb.

AzNews.az