- Siyasi müzakirə
- 11:41
- 913
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum oldu
Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub.
Aznews.az xəbər verir ki, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında” məsələ parlamentin aprelin 27-də keçiriləcək iclaısının gündəliyinə daxil edilib.
Qeyd edək ki, Milli Məclisin 27 aprel 2021-ci ildə keçirilən iclasında MSK-nın hazırkı tərkibi formalaşdırılıb. Qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 il olduğu üçün yenidən formalaşdırılmalıdır.