İlk olaraq ortaya qoyulan ideya mənə məxsus olur İlk olaraq ortaya qoyulan ideya mənə məxsus olur

Zamanın və insanların tələbinə daha da uyğunlaşmaq fikrindəyik - Biznes ledi ilə "30 Altı"da

İlk olaraq ortaya qoyulan ideya mənə məxsus olur

AzNews.az-ın “30 Altı” layihəsinin qonağı biznes ledi Aytən Əliyevadır.

1990-cı ildə Balakən rayonunda anadan olmuşam. Bakıda Azərbaycan Dövlət Pedoqoji Universitetində Filologiya fakültəsi üzrə təhsil almışam. 17 yaşımdan müxtəlif sahələrdə çalışmışam. Uzun müddət bir çox yerli və xarici layihələrin iştirakçısı və təşkilatçısı olmuşam. İş təcrübəmdə PR, satış, müxbir administrativ və rəhbər kimi vəzifələrdə çalışmışam. Sosial fəaliyyətlə 4 ildən çox məşğul olmağım isə olduqca böyük təcrübə qazanmağıma kömək olub. 2018-ci ildə “Nail lab” dırnaq studiyasını da ikinci biznes olaraq qurmuşam. Studiya hazırda fəaliyyətini davam etdirir.

- Necə oldu ki, bu şirkəti yaratmaq fikrinə düşdünüz? Neçə ildir bu işlə məşğulsunuz?

- Bir biznesi idarə edə bilərəmmi deyə əvvəllər düşünürdüm. Bir gün bunu yoxlamaq şansı verəcək ideya ağlıma gəldi. Beləcə çalışdığım şirkətdən də ayrılıb tam olaraq ideyamın üzərində işləməyə başladım. Çox şükürlər olsun ki, alındı. “Sürprizim var” artıq 5 ildir ki, mövcuddur.

- Dekorların hazırlanması öz ideyanızdır yoxsa, sizinlə işləyən digər şəxslər də var?

- İlk olaraq ortaya qoyulan ideya mənə məxsus olur. Əlbəttə, komanda üzvlərinin də rolu danılmazdır.

- Əsasən hansı tədbirlərlə bağlı sizə müraciətlər olur?

- Bizə sürprizlər edilməsi, nikah və nişan tədbirləri üçün olduqca çox müraciətlər edilir. Əvvəllər bizi fərqli ideyalarımıza görə zamanla keyfiyyətli iş ortaya qoyan, olduqca can yandıran komanda X3 olduğumuza görə seçirdilər. İndi isə demək olar ki, bütün müştərilərimiz bizi bu faktorlarla yanaşı sınaqdan çıxmış, güvənilən olduğumuza görə seçdiklərini deyirlər. Yəni, müraciət edən müştərinin mütləq ki, bir yaxınına, ailəsindən dostlarından birinə hər hansı bir tədbiri yüksək səviyyədə etmiş oluruq. Bu, olduqca sevindiricidir.

- Müştərilərlə aranızda anlaşa bilmədiyiniz nəsə olubmu və yaxud sizə tədbirdən sonra narazılıqlarını bildiriblərmi?

- Düzü, belə hallar az-az olub. Ona görə də xatırlamaq çətindir. Biz tədbirə tədbir sahibindən daha həssas yanaşırıq. Məmnun edə bilmədiyiniz insanlar da tapılır. Biz də bu cür insanlara zamanla rast gəlmişik. Amma komanda bu sahədə o qədər peşəkarlaşıb ki, müştərilər sonda "təşəkkür edirəm" demədən getməyib.

- Gələcək planlarınız haqda danışmağınızı istərdik.

- "Sürprizim var" olaraq gələcəklə bağlı planlarımızda bir az yeniliklər etməyi düşünürük. Amma tam dəqiqləşmədiyi üçün təəssüf ki, bölüşə bilməyəcəm. Zamanın və insanların tələbinə daha da uyğunlaşmaq fikrindəyik.

Səidə Vahid

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description