Ermənistan silahlı qüvvələr tərəfindən Azərbaycan torpaqlarının işğal olunması və soyqırımı törədilməsi faşizm ideologiyasının əyani sübutudur Ermənistan silahlı qüvvələr tərəfindən Azərbaycan torpaqlarının işğal olunması və soyqırımı törədilməsi faşizm ideologiyasının əyani sübutudur
  • Hadisə
  • 14 Oktyabr 2019 12:56
  •  6 581

"Azadinform": Ermənistan Azərbaycanla yanaşı digər postsovet ölkələri üçün də təhlükəlidir

Ermənistan silahlı qüvvələr tərəfindən Azərbaycan torpaqlarının işğal olunması və soyqırımı törədilməsi faşizm ideologiyasının əyani sübutudur

“Prezident İlham Əliyev Ermənistanın apardığı təcavüzkar siyasəti dünya ictimaiyyətinə çatdırmaqla məsələnin nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Ölkə başçısı sübut etdi ki, Ermənistanın apardığı işğalçı siyasət faşizmə olan sevgi ilə bağlıdır”.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən toplantıda çıxışını şərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında işğalçı Ermənistanda hökm sürən faşizm ideologiyasına söykənən terrorçuluğu bir daha ifşa etdi: “İkinci Dünya müharibəsində faşizmə xidmət etmiş Qaregin Njdeyə Yerevanda heykəlin qoyulması erməni siyasi hakimiyyətinin kökündə terrorçuluğun durduğunun bariz nümunəsidir. Ermənistan silahlı qüvvələr tərəfindən Azərbaycan torpaqlarının işğal olunması və soyqırımı törədilməsi faşizm ideologiyasının əyani sübutudur. Ermənistan rəhbərliyi terrorçuluq və faşizmlə silahlandığına görə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində addımlar atmır. Prezident İlham Əliyevin iclasda bu məsələni gündəmə gətirməsi işğalçı Ermənistanın iç üzünün açılması deməkdir. Cənab İlham Əliyev tarixi arqumentlərlə Ermənistan siyasi rəhbərliyinin faşizm ideologiyasını ifşa etdi və MDB məkanında faşizmin qurbanı olmuş insanların xatirəsi kontekstində bunun yolverilməz olduğunu bildirdi”.

H. Babaoğlu əlavə edib ki, Prezident MDB dövlət başçılarına sübut etdi ki, faşizm ideologiyası ilə silahlanmış Ermənistan təkcə Azərbaycan üçün deyil, digər postsovet ölkələri üçün də təhlükəlidir: “Bu çıxış Azərbaycan həqiqətlərinin Ermənistanın işğalçılıq siyasəti kontekstindən bir daha dünyaya çatdırılması idi. Prezident İlham Əliyevin çıxışından sonra MDB dövlət başçıları erməni terrorçularının Xocalı, Ağdaban və Daşaltı faciələrini faşizm ideologiyasına əsaslanaraq törətdiyini dərk etmiş oldular”.

Ləman Hüseynzadə

AZADİNFORM