Erməni xalqı hələ də Sərkisyanın onlara etdiyi böyük pisliyi tam dərk etmir Erməni xalqı hələ də Sərkisyanın onlara etdiyi böyük pisliyi tam dərk etmir
  • Hadisə
  • 21 Noyabr 2019 14:15
  •  17 375

"Axar.az": Azərbaycanlıların və ermənilərin qatili olan bu alçaq...

Erməni xalqı hələ də Sərkisyanın onlara etdiyi böyük pisliyi tam dərk etmir

Serj Sərkisyanın sərsəm fikirləri nəinki dünya ictimaiyyətində, heç Ermənistanın özündə belə əhəmiyyətli hesab olunmur. O, sadəcə bu cür, öz səviyyəsinə uyğun çıxışlar edərək, “Qarabağ klanı” içərisində sürətlə əriyən və məhv olan nüfuzunu qorumaq üçün çabalar göstərir.

Bu sözləri politoloq Qabil Hüseynli Ermənistanın eks-prezidenti Serj Sərkisyanın “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq və bu problemin hərbi həlli yoxdur” fikirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, Dağlıq Qarabağı necə itirmişiksə, həmin yollarla da qaytarmaq bizim tam haqqımızdır:

“Sərkisyan qanmalıdır ki, Qarabağ beynəlxalq birlik, o cümlədən, Rusiya tərəfindən Azərbaycan əraziləri olaraq tanınır və Ermənistanın işğalı altında olduğu qəbul edilir. Əraziləri işğaldan azad etməyin isə iki yolu var: danışıqlar və antiterror əməliyyatı. Ehtimal ki, ikinci yol baş verəcək. Çünki Azərbaycanın səbrinin həddi var. Azərbaycan BMT Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, Ermənistan ordusunu öz torpaqlarından hərbi yolla təmizləmək hüququnu özündə hər zaman saxlayır. Azərbaycan BMT-nin Nizamnaməsində göstərilən bu hüququndan vacib bildiyi məqamda istifadə edəcək və həmin zaman Sərkisyan kimi siyasətin zibilliyində olan şəxslərin sözlərini və özlərini tarixin zibilliyinə atacaq”.

Q.Hüseynli bildirib ki, erməni xalqı özü belə hələ də Sərkisyanın onlara etdiyi böyük pisliyi tam dərk etmir:

“Ermənilər bilməlidirlər ki, Sərkisyan kimi avantürist və qaniçən terrorçuların öz xalqına vurduğu ziyanın nəticəsidir ki, vaxtaşırı erməni ailələri övladlarını tabutlarda qarşılayır, özləri səfalət içində yaşayır, ölkənin iqtisadi imkanları tükənir və Ermənistan sürətlə boşalır. Bunu tam mənası ilə dərk edəndə onlar özləri Sərkisyanı məhv edəcəklər”.

Politoloqun sözlərinə görə, S.Sərkisyanın əsl niyyəti əslində ənənəvi olaraq, provokasiyadır və danışıqlar prosesini pozmaq, Azərbaycanın sərt addımlar atmasına şərait yaratmaq, Paşinyanı daha ağır vəziyyətə salmaq və vəziyyətdən sui-istifadə edib, “qəhrəman” olmaqdır:

“Sərkisyan kimilər törətdikləri cinayətlərə görə özlərini sığortalamağa çalışır. Amma o özünü nə qədər sığortalamağa çalışsa d,a hər kəs onun cinayətkar olduğunu yaxşı bilir. Ümumiyyətlə, belə bir şəxsiyyətsizin Qarabağla bağlı fikir səsləndirməsi yolverilməzdir. Xocalı qatili olan və əslində, bütün siyasi karyerasını azərbaycanlıların qanı üzərində quran, 2008-ci ildə isə hakimiyyət üçün öz xalqının qanını tökən bir qatil alçaqdan başqa nə gözləmək olar ki?”. (Axar.az)

AzNews.az