Fransa əgər həqiqətən regionda sülh istəyirsə, o zaman çəkilib kənarda durmalıdır Fransa əgər həqiqətən regionda sülh istəyirsə, o zaman çəkilib kənarda durmalıdır
  • Hadisə
  • 25 Oktyabr 2022 09:40
  •  127 465

Trend.az: Makronun "Ermənistan ruhu" - Fransa sülhə niyə mane olur?

Fransa əgər həqiqətən regionda sülh istəyirsə, o zaman çəkilib kənarda durmalıdır

Fransanın regiondakı maraqları, Ermənistana açıq dəstəyi və Azərbaycana təzyiq göstərmək cəhdləri uğurlu nəticələr vermədi. Makronun əsassız ittihamları Azərbaycanın siyasi rəhbərliyində və ölkə ictimaiyyətində hiddət yaratdı və bununla da Fransa siyasi rəhərliyi əsl niyətini, məqsədini növbəti dəfə sərgilədir. Müstəmləkəçilik, işğal, əsarət, istila və talan - imperialist maraqlarını əsas tutan tarixi keçmişi olan ölkənin mövqeyi əslində, təəccüblü olmamalıdır.

Praqa görüşü və Fransanın özünü vasitəçi kimi sırıma cəhdi

Oktyabrın 6-da Praqada Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşü baş tutdu. Praqa görüşü Prezident İlham Əliyevin timsalında Azərbaycanın müstəqil və qətiyyətli siyasət yürütdüyünü bir daha nümayiş etdirməklə yanaşı Ermənistanın suveren dövlət olmadığını növbəti dəfə təsdiqlədi. Fransanın özünü vasitəçi kimi sırımaq cəhdləri isə Prezident İlham Əliyev tərəfindn qətiyyətlə rədd edildi.

Fransanın Azərbaycandakı səfiri Zaxari Qrosun son məqaləsində stat: "Aİ-nin sülh prosesinə fəal dəstəyi əvəzsizdir və Fransa prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malikdir... Yaşasın Praqa ruhu!”.

Ermənistandan daha çox erməni mövqelərini müdafiə edən Fransa və Fransa prezident sülh prosesinə hansı faəl dəstək verə bilər?

Mövzu ilə bağlı Trend-in suallarını cavablandıran Milli Məclisin deputat Elşən Musayev bildirib ki, yaxşı olar, Fransanın Azərbaycandakı səfiri Zaxari Qrosa ilk növbədə yazdığı son məqalədə müəyyən redaktələr eləsin.

"Ən azından Fransanın sülh məsələsində həlledici əhəmiyyətə malik olması ilə bağlı abzası həmin mətndən çıxarsın və xüsusi şövqlə qeyd etdiyi “Paraqa ruhu”nun Fransaya bu və ya digər şəkildə aidiyyatı olmadığını anlasın. Çünki, Fransa sülhü təşviq etmir, Fransa sülhə mane olur. Çünki Fransa Prezidenti öz açıqlamaları ilə Praqa ruhuna deyil, erməni ruhuna xidmət edir. Ona görə də Fransa heç vaxt sülhə töhfə verə bilməz. O, ancaq prosesi ləngidə, uzada bilər. Makron öz qərəzli bəyanatları ilə ancaq tərəflər arasındakı münasibətləri pisləşdirə, daha da gərginləşdirə, qəlizləşdirə bilər. Çünki, hazırki dövrdə üzərinə götürdüyü missiya budur: ədalətsizlik missiyası! Bu səbəbdən xüsusi vurğu ilə bir daha qeyd edirəm: cənab səfir ya öz Prezidentinin qüsurlarını görərək barı nəsə yazmaqdan imtina etsin, ya da yazırsa düzgün yazsın, həqiqətləri yazsın. Nə “Praqa ruhu”? Hardadır o ruh? Makronun bəyanatlarındamı? Və ya, Fransanın, onun prezidentinin hansı hərəkəti, davranışı, fikri indiyə qədər həlledici əhəmiyyətə malik olub? – Məncə heç bir! Bundan sonra da olmayacaq. Öz də bir tək bu məsələdə yox, elə bütün məsələlərdə" , - deyə deputat qeyd edib.

Fransa əgər həqiqətən regionda sülh istəyirsə, o zaman çəkilib kənarda durmalıdır

Kiçik bi xatırlatma edək ki, məhz Praqa görüşündən sonra Makron “France2” telekanalına müsahibəsində qərəzli mövqeyini açıq şəkildə ortaya qoydu. Makron müsahibəsi zamanı Qarabağı “mübahisəli ərazi” adlandıraraq deyib ki, Ermənistanı tərk buraxmayacaqlar. Fransa prezidenti daha da irəli gedərək, Azərbaycanın “dəhşətli müharibə” də və “işğal" da ittiham etməkdən çəkinməmişdi.

Görünən odur ki, Praqa görüşündə Azərbaycan tərəfindən qəti rədd cavabı alan Fransa Prezidenti hikkəsindən və qəzəbindən öz mövqeyini açıq formada ifadə edib.

Milli Məclisin deputat Cavid Osmanov Trend-ə açıqlamasında bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş səyləri ölkəmiz tərəfindən yüksək qiymətləndirilir. Şarl Mişelin bu təşəbbüsləri ciddi nəticələr verməkdədir. Amma çox təəssüf ki, Fransa prezidenti, Senatı və digər rəsmiləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına istiqamətlənmiş bəyanatlar səsləndirmir, tam əksinə, açıq şəkildə birbaşa Ermənistana dəstək olurlar.

O vurğulayıb ki, elə Fransanın Azərbaycandakı səfiri Zaxari Qrosun son məqaləsində qeyd edib ki, guya Fransa prezidentinin 6 oktyabr tarixində Praqada keçirilmiş dördtərəfli görüşdə iştirakı və onun səyləri artıq uğur əldə etmək üçün həlledici əhəmiyyətə malikdir və “yaşasın “Praqa ruhu” deyə məqaləsində səsləndirib.

“Əlbəttə ki, bu tamamilə absurd bir fikirdir. Çünki Fransa Prezidenti Emanuel Makron istər 44 günlük Vətən müharibəsində, istər ondan sonrakı mərhələdə açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirib. Makron Praqa görüşündə özünü vasitəçi kimi təqdim etməyə çalışsa da ancaq bir neçə gündən sonra onun Azərbaycan haqqında səsləndirdiyi əsassız ittihamlar bir daha onun ermənipərəst mövqedə olduğunu, erməni maraqlarına xidmət etdiyini və ümumilikdə Fransa hakimiyyətinin erməni lobbisinin əsarəti altında olduğunu göstərirdi.

Fransanın xarici işlər naziri Katerin Kolonna heç də Makrondan geri qalmayan açıqlamaları ilə yadda qalır. Səfir Zaxari Qrosun dediyi “Makronun xidməti” birbaşa Ermənistana dəstək deməkdir. Fransa prezidenti və rəsmilərinin səsləndirdiyi qərəzli bəyanatlar “Praqa ruhu”nu öldürməyə yönəlib və əslində Makronun son çıxışlarında Praqa yox, “Ermənistan ruhu” hiss olunur”, - deyə deputat əlavə edib.

Elçin Mehdiyev