Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş verən terror aktı və günahkaların tapılması üçün aparılan əməliyyatlardan danışıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş verən terror aktı və günahkaların tapılması üçün aparılan əməliyyatlardan danışıb.

Ankara terroruna görə 14 nəfər saxlanıldı - Yenilənib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş verən terror aktı və günahkaların tapılması üçün aparılan əməliyyatlardan danışıb.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə prezidenti partlayış nəticəsində ölən 28 nəfərdən 20-sinin hərbçi, 8 nəfərin isə mülki vətəndaş olduğunu bildirib.

Ərdoğan partlayışı təşkil edən Salih Necar ilə əlaqəsi olan 14 nəfərin saxlanıldığını və bu rəqəmin artacağını qeyd edib: "Zəncir artıq sökülməyə başladı. 14 nəfər saxlanılıb. Mənim dəqiq təxminimə görə, bu rəqəm ondörddə qalmayacaq, davamı da olacaq. Çünki bu işin qollarının daxildə və xaricdə olduğu görülüb və görülməkdədir".

***
16:02


Dünən Ankarada həyata keçirilən terror aktından sonra terrorçuların axtarışı davam edir.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri eyni zamanda 7 vilayətdə əməliyyatlar həyata keçiriblər. Partlayışı təşkil edən suriyalı Salih Necar ilə əlaqəsi olduğu öyrənilən 12 nəfər saxlanılıb. Ankara, Adana, Bolu, Tekirdağ və İzmirdə 1, İstanbulda 4, Diyarbəkirdə isə 3 nəfərin saxlanıldğı məlum olub.

Aydan AXUNDOVA