- Köhnə - Region
- 20 Fevral 2016 15:52
- 7 184
Rusiya Ermənistandakı döyüş təyyarələrinin sayını artırdı
Rusiya Ermənistanda yerləşən Erebuni hərbi bazasına 4-cü nəsil MiQ-29 qırıcılarını, təkmilləşdirilmiş MiQ-29S və təkmilləşdirilmiş Mi-8MT nəqliyyat vertolyotunu göndərib.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, aviatexnika Krasnoyarsk vilayətindən İrəvan hava limanına hərbi nəqliyyat təyyarələri vasitəsi ilə gətirilib.
Məlumat verilir ki, yaxın vaxtlarda 4+ nəslindən olan döyüş qırıcıları və helikopter mühəndis-texniki heyət tərəfindən yığılacaq və istismara veriləcək.
Pilotlar artıq martın ortalarından qırıcılarda uçuş keçirə biləcəklər.