- Köhnə - Region
- 23 Fevral 2016 21:54
- 6 718
Ankarada 29 nəfərin ölümünə səbəb olan terrorçunun adı məlum oldu
Ankarada 29 nəfərin ölübü, 60-dan çox adamın yaralanması ilə nəticələnən terror aktının kim tərəfindən törədildiyi rəsmən təsdiqlənib.
Musa Sömer görüntülərə baxdıqdan sonra terrorçunun öz oğlu olduğunu bildirib.
İntiharçı -terrorçunun cəsədindən və atasından götürülmüş DNT nümunələri müqayisə edilib. Laborator müayinələrdən sonra "canlı bomba"nın Abdülbaki Sömer olduğu təsdiqlənib.
Abdülbaki Sömer terror təşkilatına 2005-ci ildə 16 yaşında qoşulub, 2005-2014-cü illərdə Kandildə olub.
Hazırda terror aktı ilə bağlı 14 nəfər həbsdədir.
Musavat.com