- Köhnə - Region
- 8 Noyabr 2012 08:54
- 2 790
İran: “ABŞ-la cəhənnəmdə də danışıqlara hazırıq”
Obamanın seçilməsi Tehranı sevindirib
İran və Amerika arasında gizli danışıqların keçirilməsi ilə bağlı bu ölkənin bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların ardınca İsrailin də bu müzakirələrəd iştirakı ilə bağlı xəbər verilib. "Baybak" saytının məlumatına görə, İranda böyük səlahiyyətlərə malik olan
Laricani qardaşları ali dini rəhbər Xamneyiyə müraciət edərək görüş istəyiblər.
Görüşdə Amerikada keçirilən prezident seçkilərinin nəticələrinin müzakirə edildiyi və məhkəmə sisteminin rəhbəri olan Laricanının "Amerika ilə əlaqə qurmaq bir gecənin işi olmayacaq" dediyi daxil olan məlumatlar arasındadır.
Romninin Obamaya nisbətən İrana qarşı siyasətini daha da sərtlədirəcəyi ehtimalı üzərində dayanan İran parlamentinin sadri olah digər qardaş - Əli Laricani isə "Lazim gəlirsə, Amerika ilə cəhənnəmdə belə danışığa hazırıq" deyib.
İran mətbuatı bu ifadələrin Obamanın seçilməsinə müsbət reaksiya kimi qiymətləndirir.
Alpər Oğuz
AzNews.az