- Köhnə - Region
- 8 Noyabr 2012 08:59
- 3 160
Zəlzələ məktəblərin işini dayandırdı
Küçələrdə yenidən çadırlar qurulub
İranın Vərziqan bğlgəsində 5.1 bal gücündə baş verən zəlzələdən sonra Təbrizdə əhali yenidən küçələrdəki çadırlarda gecələyib. AzNews.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, çadırlarda gecələyənlər əsasən ötən zəlzələdən evləri ziyan görən şəxslərdir.
Zəlzələ ilə əlaqədar Təbrizdə məktəblərin də tətil edildiyi daxil olan məlumatlar arasındadır. Məktəb yetkililəri yeraltı təkanların davam edəcəyi ehtimalını nəzərə alaraq tətil elan ediblər.
Qeyd edək ki, zəlzələdən zərər çəkənlər arasında 3 məktəbli də var. Ümumilikdə isə zəlzələ nəticəsində 60-a yaxın insan xəsarət alıb.
Alpər Oğuz
Aznews.az