- Köhnə - Region
- 8 Noyabr 2012 09:10
- 3 555
“Azərbaycanın dövlət maraqlarına zidd addım atılmayacaq”
Rəsmi Tbilisi Azərbaycanı inandırmağa çalışır
"Gürcüstan heç vaxt Azərbaycanın maraqlarının əlehinə getməyəcək". Bunu Gürcüstanını reinteqrasiya məsələləri üzrə naziri Paata Zakareişvili keçirdiyi mətbuat konfransında bildirib.
Bəzi azərbaycanlı ekspertlərin Tbilisinin Rusiya ilə dəmir yolu əlaqəsinin Abxaziyadan keçməklə bərpa etməsi barədə fikirlərinə manasibət bildirən nazir hərbu yüklərin bu yol vasitəsilə Rusiyadan Ermənistana daşınması ehtimalının olmadığını vurğulayıb : "Dəmir yolunun bərpası hələlik ancaq müzakirə mövzusudur və baxılmır. Gürcüstan Azərbaycanın dövlət maraqlarının ziddinə olan addım atmayacaq".
Elnarə Əlosmanqızı
AzNews.az