- Köhnə - Region
- 8 Noyabr 2012 11:16
- 3 863
Erməni ekspert Azərbaycandakı etnik azlıqları gündəmə gətirdi
“Biz regionda yaşayan etnik azlıqlarla işləməliyik”
"Ermənistan regionda muxtariyyətə can atan azlıqlarla əməkdaşlıq etməklə regionda sülhə nail ola bilər". "ModusVivendi" mərkəzinin sədri Ara Papyan bildirb ki, Ermənistan regionda yaşayan etnik azlıqlarla işləməlidir.
AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ara Papyan qeyd edib ki, etnik qruplar Ermənistan hökumətinin daimi diqqətində olmalıdır.
"Bizim ətrafımızda 4 ölkə yerləşsə də, onlarla etnik azlıq yaşayır. Kürdlər, Talışlar, Avarlar və Ləzgilər. Bu xalqlar ermənilər kimi təzyiq və təqiblərə məruz qalırlar. Ona görə də biz onlarla əməkdaşlıq etməliyik".
O, həmçinin əlavə edib ki, regionun etnik azlıqlarının bəzilərində milli kimlik formalaşır və muxtariyyətə can atırlar. "Ermənistan regionda muxtariyyətə can atan azlıqlarla əməkdaşlıq etməklə regionda sülhə nail ola bilər".
Papyan əsl məqsədini dilə gətirməkdən də çəkinməyib və qeyd edib ki, əsasən bu cür etnik azlıqlar Azərbaycan ərazisindədir və onlara muxtariyyət yarada bilmələri üçün köməklik etmək lazımdır.
Sadiq Musa
AzNews.az